Bu klubun azarkeşlərindən \"Messi\" ŞÜARI: Ronaldo ƏSƏBİLƏŞDİ

Bu klubun azarkeşlərindən \

Dünən "Əl-Ayn" və “Əl-Nəsr” komandaları arasında görüş baş tutub. 

 

Sfera.az bildirir ki, görüş "Əl-Ayn"ın minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0.

 

Qarşılaşma zamanı "Əl-Ayn" azarkeşləri “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo topa toxunanda Lionel Messinin adını səsləndiriblər.Onlar bu hərəkətlə Ronaldonu qıcıqlandırmağa çalışıblar.

 

Xatırladaq ki, daha əvvəl "Əl-Şabab"ın azarkeşləri də "Əl-Nəsr"lə matçda Messinin adını qışqıraraq, Ronaldonu qıcıqlandırıblar. Dünya ulduzu əsəbiləşərək  azərkeşlərə nalayiq jest göstərib. O, buna görə həm pul cəzasına məruz qalıb, həm də 1 oyundan diskalifikasiya edilib.

 

Fatimə Lətif


OXŞAR XƏBƏRLƏR