"Qarabağ" -"Bayer" matçını bu hakimlər İDARƏ EDƏCƏK

“Qarabağ”ın UEFA Avropa Liqasının 1/8 final mərhələsində Almaniyanın “Bayer 04” klubuna qarşı keçirəcəyi ilk oyununu idarə edəcək hakimlər briqadası bəlli olub.

 

Sfera.az bildirir ki, matçı fransalı hakimlər briqadası idarə edəcək. Baş hakim Benua Bastyen olacaq.

 

Ona Hişam Zakrani və Orelyen Bertomeu kömək edəcəklər. Ehtiyat hakim funksiyasını isə Jeremi Pinyar yerinə yetirəcək. VAR hakimləri Benoit Millot və Erik Uattelyedir.

 

Qarşılaşmanın hakim inspektoru bolqarıstanlı İçko Lozev olacaq.

 

Xatırladaq ki, martın 7-də keçiriləcək “Qarabağ” - “Bayer 04” oyunu Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:45-də başlayacaq. Komandalar arasında cavab görüşü isə martın 14-də Leverkuzendə baş tutacaq.

 

Fatimə Lətif

 


OXŞAR XƏBƏRLƏR