"Qarabağ" klubu "Bayer 04" azarkeşləri üçün neçə bilet ayırıb? - RƏSMİ AÇIQLAMA

İdman
17:55 / 04.03.2024
22215
"Qarabağ"ın UEFA Avropa Liqasının 1/8 final mərhələsində keçiriləcək "Bayer 04" matçı üçün Almaniyadan gələcək azarkeşlərə ayırdığı bilet sayı məlum olub.
Sfera.az bildirir ki, "Qarabağ" klubunun mətbuat katibi Anar Hacıyev "Bayer 04" azərkeşlərinə 400 bilet ayrıldığını söyləyib:
"400-ə yaxın azarkeşin Bakıya gələcəyini ehtimal edirik. Bakıdakı oyun üçün Almaniya klubu indidən 400 bilet sifariş verib”.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Bayer 04” görüşü martın 7-də, saat 21:45-də başlayacaq. Tərəflər arasında cavab görüşü bundan bir həftə sonra Leverkuzen şəhərində reallaşacaq.
Fatimə Lətif