Neymar Messidən danışdı: “Ümid edirəm ki, onunla..."

İdman
17:51 / 04.03.2024
18347
“Əl-Hilal”ın hücumçusu Neymar “İnter Mayami”nin futbolçusu Lionel Messi haqqında danışıb.
Sfera.az bildirir ki, Neymar Messinin böyük futbolçu olduğunu deyib:
“Ümid edirəm ki, onunla yenidən birlikdə oynayacağıq. Messi böyük futbolçudur, bunu hamı yaxşı bilir. Düşünürəm ki, o, Mayamidəki hər şeydən razıdır. Leo xoşbəxtdirsə, mən də xoşbəxtəm”.
Xatırladaq ki, argentinalı hücumçu ötən yay azad agent kimi “İnter Mayami”yə keçib. Bu müddət ərzində o, 17 matçda iştirak edib, 14 qol vurub və 6 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 31 dekabr 2025-ci ilə qədərdir. Messinin hazırkı bazar dəyəri 35 milyon avrodur.
Fatimə Lətif