Horner qovulsa, bu pilotun müqaviləsi LƏĞV EDİLƏCƏK - FOTO

Horner qovulsa, bu pilotun müqaviləsi LƏĞV EDİLƏCƏK - FOTO

Kristian Horner baş məşqçi postundan qovulsa, "Red Bull" komandasının sürücüsü Maks Ferştappenin müqaviləsi ləğv edilə bilər.


Sfera.az bildirir ki, holland pilotun müqaviləsində Hornerin komandadan ayrılacağı təqdirdə müqavilənin bitəcəyi qeyd olunub.


Xatırladaq ki, fevralın 28-də Avstriya konserni Horner işi ilə bağlı rəsmən bəraət hökmü çıxarıb.

 

Ona qarşı bütün ittihamlar ləğv edilib.

 

Xatırladaq ki, Kristian Horner komanda üzvlərindən birinə qarşı qeyri-etik hərəkətdə təqsirləndirilirdi.

 

Fatimə Lətif

 


OXŞAR XƏBƏRLƏR