Xavi zədələnən oyunçulardan danışdı: “Utancvericidir!”

Xavi zədələnən oyunçulardan danışdı: “Utancvericidir!”

"Barselona"nın baş məşqçisi Xavi yarımmüdafiəçilər- Frenki de Yonq və Pedrinin zədələnməsini şərh edib.


Sfera.az bildirir ki, o, bunun utancverici olduğunu bildirib:

 

“İki vacib oyunçunun zədələnməsi utancvericidir. Yaxşı görünmürlər. Bu itkilər komandaya da öz təsirini göstərir. Çox güman ki, Yonq və Pedri bir müddət oyunları buraxacaqlar”.


Xatırladaq ki, “Atletik”lə oyunun birinci hissəsində “Barselona”nın hollandiyalı yarımmüdafiəçisi Frenki de Yonq və ispaniyalı yarımmüdafiəçi Pedri zədə səbəbindən ardıcıl olaraq meydanı tərk ediblər.


"Barselona" İspaniya çempionatının turnir cədvəlində 58 xalla üçüncü pillədə qərarlaşıb. "Atletik" isə öz növbəsində 50 xalla 5-ci yerdədir.

 

Fatimə Lətif


OXŞAR XƏBƏRLƏR