Horner məsələsi böyüyür - Baş direktor FIA prezidenti ilə görüşəcək

Horner məsələsi böyüyür - Baş direktor FIA prezidenti ilə görüşəcək

"Formula 1"in baş direktoru Stefano Domenikali Bəhreyndə Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti Məhəmməd bin Sulayem ilə görüşəcək.

 

Sfera.az bildirir ki, görüşün məqsədi "Red Bull"un rəhbəri Kristian Hornerin vəziyyəti ilə bağlı danışmaqdır.

 

Tərəflər Kristianın təqsirinin sübut olunduğu iddia edilən arxivin yüzlərlə Formula 1 jurnalistinə və "Royal Racing" komandalarının digər rəhbərlərinə göndərilməsi xəbərindən sonra görüşmək qərarına gəliblər. 

 

Xatırladaq ki, Kristian Horner komanda üzvlərindən birinə qeyri-etik hərəkət etməkdə təqsirləndirilir.

 

Xatırladaq ki, bu gün, martın 1-də Bəhreyn Qran Prisi çərçivəsində üçüncü sərbəst məşq və kvalifikasiya baş tutacaq. 

 

Fatimə Lətif


OXŞAR XƏBƏRLƏR