"Çelsi"-"Lids" matçında OLAY: Azarkeş tribunadan YIXILDI

"Çelsi"-"Lids" matçında OLAY: Azarkeş tribunadan YIXILDI
Kateqoriya məlum deyil
T

"Çelsi"-"Lids" matçında azarkeşlərdən biri xəsarət alıb.

 


Sfera.az bildirir ki, “Lids” azarkeşi komandasının ilk qoluna sevinərkən "Stemford Bric" tribunasından yıxılıb. O, xəstəxanaya aparılıb.

 


Qeyd edək ki, xoşagəlməz hadisə görüşün səkkizinci dəqiqəsində baş verib. Tibb işçiləri və polis dərhal zərərçəkmişin yanına gedib.

 


Xatırladaq ki, “Çelsi” “Lids”lə görüşdəki qələbə sayəsində İngiltərə kubokunun 1/4 finalına yüksəlib.

 

Turnirin növbəti turunda London klubu "Lester"lə qarşılaşacaq.

 

Fatimə Lətif

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR