“Qırmızı şeytanlar”dan REKORD: Son yeddi matçda...

“Qırmızı şeytanlar”dan REKORD: Son yeddi matçda...

Dünən "Mançester Yunayted" İngiltərə kubokunun 1/8 finalında səfərdə "Nottingem Forest"i 1:0 hesabı ilə məğlub edib.


Sfera.az bildirir ki, Erik ten Haqın yetirmələri son yeddi matçda altı qələbə qazanıblar. Mankunianlar 2024-cü ildə uduzmayıblar.


Bütün turnirlərdə keçirilən son 7 oyunda “qırmızı şeytanlar” “Nyuport” (4:2), “Vulverhempton” (4:3), “Vest Hem” (3:0), “Aston Villa” (2:1) və “Luton Taun” (2:1) kimi komandaları məğlub ediblər. 


“Mançester Yunayted” növbəti matçını bazar günü, martın 3-də keçirəcək. Mankunianlar Premyer Liqanın 27-ci turu çərçivəsində səfərdə "Mançester Siti" ilə qarşılaşacaq. 

 

Fatimə Lətif


OXŞAR XƏBƏRLƏR