Ulduz futbolçu Madrid klubundan Messiyə görə gedibmiş - FOTO

Ulduz futbolçu Madrid klubundan Messiyə görə gedibmiş - FOTO

Fransa millisinin hücumçusu Antuan Qrizmanın 2019-cu ildə Madrid klubunu tərk edərək "Barselona"ya keçməsinin səbəbi açıqlanıb.


Sfera.az bildirir ki, bu barədə "Atletiko Madrid"in keçmiş müdafiəçisi, hazırda "Paranqos"da çıxış edən Dieqo Qodin danışıb.


“Onun dünyanın ən yaxşı oyunçusu ilə oynamaq imkanı var idi. Messinin komanda yoldaşı olmaq onun arzusu idi” - Qodin bildirib.


Qeyd edək ki, Qodin "Atletiko"da 2013/2014 mövsümündə qızıl medal qazanaraq komanda lideri olub. 


Bundan əlavə, "Atletiko"nun tərkibində müdafiəçi iki dəfə Avropa Liqası Kubokunu və üç dəfə UEFA Super Kubokunu başı üzərinə qaldırıb. Uruqvaylı iki dəfə Çempionlar Liqasının finalında çıxış edib.

 

Fatimə Lətif

 


OXŞAR XƏBƏRLƏR