Kilian Mbappe Emmanuel Makronla GÖRÜŞDÜ

Kilian Mbappe Emmanuel Makronla GÖRÜŞDÜ

PSJ-nin futbolçusu Kilian Mbappe Fransa Prezidenti Emmanuel Makronla şam yeməyində görüşüb.

 

Sfera.az "RMC Sporta"a istinadən xəbər verir ki, PSJ-nin və Fransa milli futbol komandasının hücumçusu Kilian Mbappe Qətər əmiri Təmim bin Həməd Al Taninin rəsmi səfəri zamanı ölkə prezidenti ilə bir araya gəlib.

 

Mənbənin sözlərinə görə, 25 yaşlı futbolçu görüşə dəvət olunan yeganə idmançı olub. Söhbət əsnasında gülümsəyərək Mbappeyə üz tutan Makron futbolçunun onlar üçün çox problemlər yaradacağını bildirib.

 

Şam yeməyi fevralın 26-da baş tutub. Şam yeməyində PSJ-nin prezidenti Nasser Al-Xelaifi də iştirak edib.

 

Xatırladaq ki, fevralın 19-da "Marca" Mbappenin "Real Madrid" ilə razılaşdığını yazıb. Tərəflər 5 illik müqavilə imzalayıblar. Müqavilə 2024-cü il iyulun 1-dən qüvvəyə minəcək. 

 

Qeyd edək ki, 2023-cü ilin yayında Makron futbolçudan ən azı 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarına qədər komandada qalmasını xahiş edib.

 

Mbappe Fransa millisi ilə 2018-ci il dünya çempionu, Millətlər Liqasının qalibi, PSJ və Monako ilə isə altıqat Fransa çempionudur. 25 yaşlı futbolçunun transfer dəyəri 180 milyon avro qiymətləndirilir.


İnci


OXŞAR XƏBƏRLƏR