Matteus \"Bayer\"in baş məşqçisi barədə: “Necə oyunçu idisə, elə də...\" 

Matteus \

Almaniya millisinin və "Bavariya"nın sabiq yarımmüdafiəçisi Lotar Matteus "Bayer"in baş məşqçisi Xabi Alonso barəsində açıqlama verib.


Sfera.az bildirir ki, futbolçu məşqçiyə tərif yağdırıb:


“O, necə oyunçu idisə, elə də məşqçi oldu. Xabi təzyiq altında deyil və hər şeyə sakit baxa bilir. Bəlkə, bir gün "Bayern Münxen", "Liverpul" və ya "Real Madrid"in baş məşqçisi olmaq onun arzusudur. Amma fikrimcə, o, hələ "Leverkuzen" karyerasını başa vurmayıb”.


Xatırladaq ki, Xabi Alonso 2022-ci ildən “Bayer Leverkuzen”in baş məşqçisidir. Klub UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunda “Qarabağ”la qarşılaşacaq.

 

Fatimə Lətif


OXŞAR XƏBƏRLƏR