Logo

ÇL tarixində rekord

ÇL tarixində rekord
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Noyabrın 23-də UEFA Çempionlar Liqasının qrup oyunlarının beşinci turu keçirilib.

AzVision.az xəbər verir ki, qruplarda keçirilən 8 qarşılaşmada qapılara ümumilikdə 28 qol vurulub.

"F” qrupunda baş tutan "Borussiya Dortmund”-"Legia Varşava” oyununda Çempionlar Liqası tarixində yeni rekord müəyyənləşib.

Dortmundluların 8:4 hesablı qələbəsi ilə başa çatan qarşılaşma ən məhsuldar oyun kimi turnirin tarixinə düşüb.

Xatırladaq ki, bu göstərici üzrə bundan əvvəlki rekord nəticə 2003-cü il noyabrın 5-də "Monako”-"Deportivo” matçında (8:3) qeydə alınmışdı.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR