Formula 1 pilotu: “Artıq yeddi ildir ki...”

Formula 1 pilotu: “Artıq yeddi ildir ki...”

Formula 1 komandasının fransalı pilotu Pyer Qasli “Royal Races”in yeni mövsümündə komandanın perspektivləri ilə bağlı fikirlərini bölüşüb.


Sfera.az xəbər verir ki, o həmçinin yarış komandası ilə yeni müqavilənin bağlana biləcəyini qeyd edib:


“Gələcəkdən narahat deyiləm və komandaya sadiqəm. İndi çox müsbət dəyişikliklər görürəm. Ancaq işləməyə davam etməliyik. Mənim 28 yaşım var. Artıq yeddi ildir ki, Formula 1-dəyəm. Hər kəs kimi mən də həqiqətən ümid edirəm ki, hər şey bizim üçün uğurlu olacaq. Müqaviləm başa çatır və təbii ki, danışıqlar davam edir. Ancaq hələlik mövsümün ilk yarışlarında nə olacağını gözləyəcəyik”.


Qeyd edək ki, fransalı sürücü 2016-cı ildə Dünya Çempionu titulunu qazanıb.

 

Fatimə Lətif

 


OXŞAR XƏBƏRLƏR