Təcavüzə görə həbs olunan Alveşə Neymarın ailəsindən BÖYÜK JEST: Məhbusluq müddəti... 

Təcavüzə görə həbs olunan Alveşə Neymarın ailəsindən BÖYÜK JEST: Məhbusluq müddəti... 

Dani Alveşin məhkəməsindən sonra təəccüblü faktlar ortaya çıxıb.


Sfera.az “Daily Mail”ə istinadən bildirir ki,  "Əl-Hilal" klubunun və Braziliya millisinin hücumçusu Neymarın ailəsi futbolçuya xüsusi dəstək göstərib.


Belə ki, onlar Dani Alveşə məhkəmənin təyin etdiyi 150 min avro pul cəzasını ödəməkdə yardımçı olublar. Məhz bu ödənişdən sonra Dani Alveşin həbs müddəti 9 ildən 4 il 6 aya endirilib.


Həmçinin Neymarın atası öz qanuni nümayəndələrindən Qustavo Xistonu Dani Alveşə vəkil təyin edib.


Xatırladaq ki, futbolçu Dani Alveş Barselonadakı gecə klubunda qadına təcavüz etməkdə təqsirli bilinib.

 

Fatimə Lətif


OXŞAR XƏBƏRLƏR