Səudiyyə Ərəbistanı Ronaldonun nalayiq jesti ilə bağlı araşdırmaya BAŞLADI

Səudiyyə Ərəbistanı Ronaldonun nalayiq jesti ilə bağlı araşdırmaya BAŞLADI

Səudiyyə Ərəbistanı Futbol Federasiyasının (SAFF) İntizam Komitəsi “ Əl-Nəsr”in portuqaliyalı hücumçusu Kriştiano Ronaldonun “Əl-Şabab”la oyunda etdiyi nalayiq jestlə bağlı araşdırmaya başlayıb.

 

 Sfera.az xəbər verir ki, bu barədə “Asharq Al-Awsat” məlumat yayıb.

 

Xatırladaq ki, sözügedən qarşılaşma başa çatdıqdan sonra rəqib komandanın azarkeşləri tribunalarda “Messi, Messi!” şüarları səsləndirməyə başlayıblar. Buna cavab olaraq portuqaliyalı əlini qasıq nahiyəsinə apararaq təxribat xarakterli jest göstərib.

 

Qeyd edək ki, Səudiyyə Ərəbistanı çempionatının 21-ci turu çərçivəsində Ər-Riyadda baş tutan görüş Ronaldonun komandasının 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Bu görüşdə penaltidən qolu portuqaliyalı hücumçu özü vurub.

 

39 yaşlı Ronaldo 20 matçda 22 qolla çempionatın bombardiridir.

 

Ronaldo beşqat “Qızıl top”un sahibidir. Karyerası ərzində o, "Real Madrid"də oynayıb, klub tarixinin bombardiri olub, həmçinin "Mançester Yunayted", "Yuventus" və "Sportinq Lissabon" kimi klublarda çıxış edib.

 

İnci
 


OXŞAR XƏBƏRLƏR