Qurban Qurbanovun heykəli ucaldılacaq

Qurban Qurbanovun heykəli ucaldılacaq

Deputat Fazil Mustafanın Ağdamda tikiləcək stadiona "Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanovun adının verilməsini təklif etməsi birmənalı qarşılanmayıb. Başda Ağdam ziyalıları olmaqla, bir çox futbol azarkeşi bu təklifə etiraz edib.

 

Sfera.az metbuat.az-a istinadən xəbər verir ki, aralarında Ağdamın tanınmış ziyalılarının da olduğu futbolsevərlər stadionun tarixi adının "İmarət" olduğunu xatırladaraq, dəyişikliyə lüzum olmadığını bildiriblər. Bəzi ağdamlı yazar və jurnalistlər isə klubun yaradıcısı olan Azərbaycanın Milli Qəhrəmanı, şəhid-komandir Allahverdi Bağırovun adının əbədiləşdirilməsinin daha düzgün olacağını vurğulayıblar.

 

Mövzu ilə bağlı Milli Məclisin əslən Ağdamdan olan deputatı Aqil Abbas da fikirlərini bölüşüb. Millət vəkili Yenisabah.az-a açıqlamasında deyib ki, Ağdam camaatının əksəriyyəti yeni tikiləcək stadiona Allahverdi Bağırovun adının verilməsini istəyir:

 

"Keçmiş "İmarət" stadionu bərpa oldunduqdan sonra konsert və şənliklər üçün istifadə olunacaq və öz adını qoruyacaq. Bu planda da var. İşğaldan öncə futbol stadionu kimi fəaliyyət göstərsə də, artıq kütləvi tədbirlər üçün nəzərdə tutulub. Ağdamda 15 minlik yeni stadion və futbol akademiyası tikiləcək. Amma məsələ burasındadır ki, Ağdam camaatı yeni tikiləcək stadiona Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun adının verilməsini istəyir. Çünki o, "Qarabağ" klubunu yaradanlardan biridir. Komandaya kapitanlıq və baş məşqçilik edən məhz Allahverdi Bağırov olub".

 

Deputat Ağdamda Qurban Qurbanova heykəl qoyacaqlarını da diqqətə çatdırıb:

 

"Mənim Qurban Qurbanova böyük hörmətim var. Bir müddət öncə mətbuatda yazmışdım ki, Qurban Qurbanovun sağlığında Ağdamda onun heykəlini qoyacağıq. Allah qoysa, stadion tikilsin, ondan sonra daha konkret danışarıq".


OXŞAR XƏBƏRLƏR

İqtisad universitetinin təmirinə 10 milyon xərclənəcək

Azərbaycan Dövlət İqtisad Universiteti 9,7 milyon manata təmir ediləcək.   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, təmir işlərini "Koneks ...

Azərbaycanda bu qaydaları pozan QHT-lər cərimələnəcək

Qeyri-hökumət təşkilatları (QHT) tərəfindən xidmətlərin göstərilməsi və işlərin görülməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına dair yeni cərimələ...

İtlər sizi bu xəstəlikdən xilas edə bilər - Yeni TƏDQİQAT

Amerikalı alimlər sübut ediblər ki, itlər insanlara yalnız sakitləşməkdə deyil, həm də orqanizmin stressə sağlam reaksiya verməsində mühüm rol oynayır.  ...

Türkiyə ordusuna yeni Baş qərargah rəisi təyin olunub - FOTO

Türkiyə Ordusunun Baş Qərargah rəisi Metin Gürak təqaüdə göndərilib.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat ...

Cərimələrin 5 faizi onlara ayrılacaq - Prezident təsdiqlədi

Yol verilən qanun pozuntuları ilə əlaqədar polis əməkdaşlarının tətbiq etdiyi cərimələrin 5 faizinin onların sosial müdafiəsi üçün yaradılan xəzinə hesabına əla...

Hərbi prokurorun hərbi qulluqçularla görüşü keçirilib - FOTO

Azərbaycan Respublikasının Baş prokurorunun müavini - hərbi prokuror ədliyyə polkovniki Bəhruz Əhmədov müdafiə nazirinin müavini-Quru Qoşunların komandanı gener...