\"Barselona\"da vəziyyət GƏRGİNLƏŞİR - Katalonlar 10 oyunda qələbə üzü görmədi

\

Dünən "Barselona" UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda səfərdə "Napoli"ni məğlub edə bilməyib - 1:1. 


Sfera.az bildirir ki, beləliklə, Kataloniya komandası Avropanın ən nüfuzlu klub turnirinin pley-off mərhələsində son 11 səfər matçından yalnız birində qalib gələ bilib.


Klub sonuncu dəfə “Mançester Yunayted”i səfər oyununda məğlub edib. Bu, 2019-cu il aprelin 10-da turnirin 1/4 finalında baş verib - 1:0. 


Qalan 10 matçda kataloniyalılar “Atletiko Madrid” (0:2), PSJ (0:3), “Yuventus” (0:3), “Roma” (0:3) və “Liverpul” (0:4) kimi komandalara uduzub. “Barselona” həmçinin “Napoli” (1:1, 1:1), PSJ (1:1), “Çelsi” (1:1) və “Lion”la (0:0) heç-heçə edib.

 

Qeyd edək ki, Çempionlar Liqasının 1/8 final mərhələsində "Barselona" - "Napoli" klubları arasında cavab oyunu martın 12-də kataloniyalıların doğma stadionunda keçiriləcək. 

 

Fatimə Lətif


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda bu qaydaları pozan QHT-lər cərimələnəcək

Qeyri-hökumət təşkilatları (QHT) tərəfindən xidmətlərin göstərilməsi və işlərin görülməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına dair yeni cərimələ...

İtlər sizi bu xəstəlikdən xilas edə bilər - Yeni TƏDQİQAT

Amerikalı alimlər sübut ediblər ki, itlər insanlara yalnız sakitləşməkdə deyil, həm də orqanizmin stressə sağlam reaksiya verməsində mühüm rol oynayır.  ...

Türkiyə ordusuna yeni Baş qərargah rəisi təyin olunub - FOTO

Türkiyə Ordusunun Baş Qərargah rəisi Metin Gürak təqaüdə göndərilib.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat ...

Cərimələrin 5 faizi onlara ayrılacaq - Prezident təsdiqlədi

Yol verilən qanun pozuntuları ilə əlaqədar polis əməkdaşlarının tətbiq etdiyi cərimələrin 5 faizinin onların sosial müdafiəsi üçün yaradılan xəzinə hesabına əla...

Hərbi prokurorun hərbi qulluqçularla görüşü keçirilib - FOTO

Azərbaycan Respublikasının Baş prokurorunun müavini - hərbi prokuror ədliyyə polkovniki Bəhruz Əhmədov müdafiə nazirinin müavini-Quru Qoşunların komandanı gener...

"Azərlotereya"nın dəstəyi ilə şəhid övladları üçün Avstriyada "Əmanətə Sədaqət" yay düşərgəsi keçirilib

"Azərlotereya" ASC-nin dəstəyi, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Avstriya Azərbaycanlıları Cəmiyyətinin təşkilatçılığı, ...