\"Qarabağ\" güclüdür, lakin... - \"Braqa\"nın futbolçusu

\

Sabahkı matçda 2:4 hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışacağıq.

 

Sfera.az xəbər verir ki, bu sözləri Portuqaliyanın “Braqa” klubunun futbolçusu Simon Banza Avropa Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri cavab oyunu barədə danışarkən deyib.

 

Evdə uduzmaqlarına baxmayaraq, hazırda çox istəkli olduqlarını bildirən 28 yaşlı hücumçu əlavə edib:

 

"Qarabağ" güclü komandadır. Bizim də məqsədimiz yaxşı oyunla növbəti mərhələyə adlamaqdır. Mümkünsüz heç nə yoxdur. Brumanın heyətə qayıtması komandamız üçün çox yaxşı oldu. O, keyfiyyətli futbolçudur. Həm qol vurmağı, həm də çox yaxşı ötürmə etməyi bacarır. Ümid edirəm ki, Bruma sabah mənə bir məhsuldar ötürmə verə biləcək”.

 

O, “Braqa” rəhbərliyinin komandanın qarşısına tələb qoymasına da münasibət bildirib:

 

“⁠Bunun psixoloji cəhətdən kimə necə təsir etdiyini bilmək olmaz. Bir çoxları bunu təzyiq kimi görür, amma bu, bizə əksinə əlavə motivasiya verir".

 

Qeyd edək ki, fevralın 22-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 21:45-də başlayacaq. Portuqaliyadakı ilk matçda “Qarabağ” 4:2 hesablı qələbə qazanıb.


OXŞAR XƏBƏRLƏR

Türkiyə ordusuna yeni Baş qərargah rəisi təyin olunub - FOTO

Türkiyə Ordusunun Baş Qərargah rəisi Metin Gürak təqaüdə göndərilib.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat ...

Cərimələrin 5 faizi onlara ayrılacaq - Prezident təsdiqlədi

Yol verilən qanun pozuntuları ilə əlaqədar polis əməkdaşlarının tətbiq etdiyi cərimələrin 5 faizinin onların sosial müdafiəsi üçün yaradılan xəzinə hesabına əla...

Hərbi prokurorun hərbi qulluqçularla görüşü keçirilib - FOTO

Azərbaycan Respublikasının Baş prokurorunun müavini - hərbi prokuror ədliyyə polkovniki Bəhruz Əhmədov müdafiə nazirinin müavini-Quru Qoşunların komandanı gener...

"Azərlotereya"nın dəstəyi ilə şəhid övladları üçün Avstriyada "Əmanətə Sədaqət" yay düşərgəsi keçirilib

"Azərlotereya" ASC-nin dəstəyi, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Avstriya Azərbaycanlıları Cəmiyyətinin təşkilatçılığı, ...

AQTA sahibkarlara müraciət etdi

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi qida məhsulları ilə təmasda olan material və məmulatlarla bağlı sahibkarlara müraciət edib.   Sfera.az xəbər...

İyulda 53 nəfər günvurmadan şikayətçi olub

2025-ci ilin iyul ayı ərzində günvurma halları ilə bağlı Bakı şəhərindən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə ümumilikdə 53 nəfər müraciət...