Əfsanəvi futbolçu VƏFAT ETDİ - FOTO

Əfsanəvi futbolçu VƏFAT ETDİ - FOTO

Almaniyanın sabiq futbolçusu Andreas Brehme 63 yaşında vəfat edib.

 

Sfera.az bildirir ki, o, dünən gecə Münxendə ürək tutması nəticəsində dünyasını dəyişib. Əfsanəvi futbolçu xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.


Andreas Brehme Almaniyanın milli komandasının sol cinah müdafiəçisi olub. O, 1990-cı ildə İtaliyada, 1986-cı ildə Meksikada keçirilən Dünya Kubokunun və 1992-ci ildə Futbol üzrə Avropa Çempionatının finalçısı, 1988-ci ildə keçirilən Avropa Futbol Çempionatının yarımfinalçısıdır.


1984-1994-cü illərdə Almaniya millisində 86 dəfə yaşıl meydana çıxıb, 4-ü dünya çempionatının finalında olmaqla 8 qol vurub.


O, “Kayzerslautern”, “Bavariya” və “İnter”də çıxış edib, 481 matçda 65 dəfə fərqlənib. Brehme karyerası ərzində 2 Almaniya Liqası, 1 İtaliya Liqası, 1 UEFA Kuboku və 1 Dünya Kubokunun qalibi olub.

 

Fatimə Lətif

 


OXŞAR XƏBƏRLƏR

Naxçıvanın elektrik şəbəkəsi yenidən qurulacaq - SƏRƏNCAM

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının paylayıcı elektrik şəbəkəsinin yenidən qurulması və bərpası ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam i...

İqtisad universitetinin təmirinə 10 milyon xərclənəcək

Azərbaycan Dövlət İqtisad Universiteti 9,7 milyon manata təmir ediləcək.   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, təmir işlərini "Koneks ...

Azərbaycanda bu qaydaları pozan QHT-lər cərimələnəcək

Qeyri-hökumət təşkilatları (QHT) tərəfindən xidmətlərin göstərilməsi və işlərin görülməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına dair yeni cərimələ...

İtlər sizi bu xəstəlikdən xilas edə bilər - Yeni TƏDQİQAT

Amerikalı alimlər sübut ediblər ki, itlər insanlara yalnız sakitləşməkdə deyil, həm də orqanizmin stressə sağlam reaksiya verməsində mühüm rol oynayır.  ...

Türkiyə ordusuna yeni Baş qərargah rəisi təyin olunub - FOTO

Türkiyə Ordusunun Baş Qərargah rəisi Metin Gürak təqaüdə göndərilib.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat ...

Cərimələrin 5 faizi onlara ayrılacaq - Prezident təsdiqlədi

Yol verilən qanun pozuntuları ilə əlaqədar polis əməkdaşlarının tətbiq etdiyi cərimələrin 5 faizinin onların sosial müdafiəsi üçün yaradılan xəzinə hesabına əla...