“Vurduğu qollar məni heyrətləndirdi” - Messi ondan danışdı + FOTO

“Vurduğu qollar məni heyrətləndirdi” - Messi ondan danışdı + FOTO
Kateqoriya məlum deyil
T

"İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi "Barselona"nın 16 yaşlı futbolçusu Lamin Yamal barəsində danışıb.


Sfera.az bildirir ki, Messi Yamalı 6 ildir tanıdığını dilə gətirib:


“İnsanlar Lamini yalnız bir neçə ay əvvəl tanımağa başlayıblar, amma mən onu La Masiada Madridə qarşı oynayandan tanıyıram. O vaxt Lamin üç qol vurmuşdu və qolların dəqiqliyi hamı kimi məni də heyrətləndirirdi”.


Qeyd edək ki, Yamal 2023-cü ilin yayında "Barselona"nın əsas komandasına qoşulub. Bu mövsüm 16 yaşlı futbolçu klubun heyətində bütün yarışlarda 34 oyun keçirib. O, 5 qol vurub və 5 məhsuldar ötürmə edib. Futbolçunun bazar dəyəri 60 milyon avrodur.

 

Fatimə Lətif

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR