\"Oyunçularım uduzmamaq üçün hər şeyi etdilər\"

\

“Zirə” ilə oyundan sonra çox narahatlıq var idi. Bərpa ola bilmədik. Buna səbəb futbolçuların sıx qrafiklə çalışmaları, yorğun olmaqları idi. Söhbət fiziki bərpadan getmir. Futbolçular psixoloji və mental olaraq yükləniblər. Onlara təşəkkür edirəm.

 

Sfera.az xəbər verir ki, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abbasov Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində "Turan Tovuz"a qarşı keçirdikləri oyundan sonra deyib.

 

O, qolsuz bitən matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib: “Bir xalın səbəbi də intizamlı oynamaqları idi. Rəqibə çox şans vermədik. Bu cür oyunlar bizim üçün normal qəbul olunacaq. Çünki “Sumqayıt” rəqiblər üçün açıq kitabdır. Bəlli start heyətimiz və onları dəyişəcək iki-üç oyunçumuz var. Oyunçularım uduzmamaq üçün hər şeyi etdilər. Udmaq üçün yetərli idi? Xeyr, yetərsiz idi. Amma futbolçularımı anlayıram. Bundan sonrakı oyunlara köklənməliyik. Ən azından yerimizi qoruyub-saxlamaq üçün əlimizdən gələni etməyə çalışacağıq”.


OXŞAR XƏBƏRLƏR

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının paylayıcı elektrik şəbəkəsinin yenidən qurulması və bərpası ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam i...

İqtisad universitetinin təmirinə 10 milyon xərclənəcək

Azərbaycan Dövlət İqtisad Universiteti 9,7 milyon manata təmir ediləcək.   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, təmir işlərini "Koneks ...

Azərbaycanda bu qaydaları pozan QHT-lər cərimələnəcək

Qeyri-hökumət təşkilatları (QHT) tərəfindən xidmətlərin göstərilməsi və işlərin görülməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına dair yeni cərimələ...

İtlər sizi bu xəstəlikdən xilas edə bilər - Yeni TƏDQİQAT

Amerikalı alimlər sübut ediblər ki, itlər insanlara yalnız sakitləşməkdə deyil, həm də orqanizmin stressə sağlam reaksiya verməsində mühüm rol oynayır.  ...

Türkiyə ordusuna yeni Baş qərargah rəisi təyin olunub - FOTO

Türkiyə Ordusunun Baş Qərargah rəisi Metin Gürak təqaüdə göndərilib.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat ...

Cərimələrin 5 faizi onlara ayrılacaq - Prezident təsdiqlədi

Yol verilən qanun pozuntuları ilə əlaqədar polis əməkdaşlarının tətbiq etdiyi cərimələrin 5 faizinin onların sosial müdafiəsi üçün yaradılan xəzinə hesabına əla...