"Neftçi" - "Zirə"ni məğlub etdi

"Neftçi" - "Zirə"ni məğlub etdi
Kateqoriya məlum deyil
T

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII turun daha bir oyunu keçirilib.

 

Sfera.az xəbər verir ki, günün ikinci matçında "Neftçi" "Zirə"ni qəbul edib.

 

Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 1:0. Yeganə qolu 11-ci dəqiqədə Ervin Koffi vurub.

 

Bu nəticədən sonra xallarının sayınə 35-ə çatdıran "Neftçi" üçüncü pillədə qərarlaşıb. "Qartallar" 32 xalla dördüncüdür.

 

Qeyd edək ki, günün ilk matçında "Sumqayıt" evdə "Turan Tovuz"la qolsuz heç-heçə edib. Ötən gün "Sabah" "Kəpəz"i üstələyib - 3:2. "Səbail" - "Araz-Naxçıvan" görüşündə qalib müəyyənləşməyib - 2:2. Turun “Qəbələ” – “Qarabağ” oyunu Ağdam təmsilçisinin avrokuboklardakı çıxışı ilə əlaqədar fevralın 28-nə təxirə salınıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR