Fransa klubu \"Fənərbağça\"nın ulduzuna elçi düşdü

20:12 / 18.02.2024
4781
Fransa Liqa 1 komandalarından olan "Renn"in "Fənərbağça"nın ulduz futbolçusu Mişi Batşuayini transfer etmək istəyir.
Sfera.az bu barədə Türkiyə mediasına istinadən xəbər verir.
Bu mövsüm "Fənərbağça" ilə müqaviləsi başa çatacaq ulduz hücumçunun gələcəyi böyük maraq doğurur.
Qeyd edək ki, belçikalı hücumçu İstanbul təmsilçisinin heyətində ümumilikdə 62 matça çıxıb. O, 62 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.