""Qarabağ"ın qələbəsi avrokubokda sensasiyalı nəticədir" -  Lunyovun agenti

“Qarabağ”ın qapıçısı Andrey Lunyovun agenti klubun Avropa Liqasının 1/16 final mərhələsində “Braqa” üzərində qazandığı qələbəni şərh edib.


Sfera.az bildirir ki, agent Anton Smirnov bu barədə “Çempionat”a müsahibə verib.


O, qələbəni sensasiyalı nəticə adlandırıb:


“Düzdür, qarşıda hər şeyin həll olunacağı ikinci matç var. Amma bütün futbol dünyası belə nəticəyə təəccübləndi. Düşünürəm ki, bu, bütün avrokubok günlərində ən sensasiyalı nəticədir. Qarabağ xüsusilə ikinci hissədə, əks hücumlarda nümunəvi  oyun nümayiş etdirdi. Bütün oyun boyu "Braqa"ya qol şansı verilmədi.Çempionatda Avropanın ilk 6 klubu arasında dördüncü yeri tutan komanda ilə səfərdə belə qarşılaşma “Qarabağ”ın yüksək səviyyəsinin göstəricisidir”.


Qeyd edək ki, komandalar arasında cavab oyunu fevralın 22-də Bakıda Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

 

Fatimə Lətif


OXŞAR XƏBƏRLƏR

Zelenski bu şuraya MÜRACİƏT ETDİ

Ukrayna prezidenti Vladimir Zelenski BMT Təhlükəsizlik Şurasının Ukraynada sülh və təhlükəsizliyin təmin edilməsi adı altında keçirilən yüksək səviyyəli sessiya...

Bu küçədə zolaqlar standartlara uyğunlaşdırılaraq yeniləndi - FOTO

Zərifə Əliyeva küçəsinin Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməsindən Puşkin küçəsi ilə kəsişməsinədək olan hissəsində 2 hərəkət zolağı saxlanılaraq, ikitərəfli...

Altı məktəb direktoru İŞDƏN ÇIXARILDI - RƏSMİ

Naxçıvan Muxtar Respublikasında (MR) altı məktəb direktoru vəzifədən azad olunub.   Sfera.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublika...

Peşə məktəblərinə qəbul olanların sayı ARTIB

Peşə təhsili almaq istəyənlərin sayı artıb. Sfera.az xəbər verir ki, Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən 2024/2025-ci tədris ili üzrə peşə təhsil...

Tramp-Zelenski görüşü baş tutmayacaq - “Associated Press”

ABŞ prezidentliyinə namizəd Donald Tramp Ukrayna lideri Volodimir Zelenski ilə görüşmək niyyətində deyil.   Sfera.az bildirir ki, bu barədə “As...

"Azərbaycanın hərbi sənaye imkanları hansı səviyyədədir? - Sorğu NƏTİCƏLƏRİ

Sosial Tədqiqatlar Mərkəzi Azərbaycanın hərbi sənaye imkanlarına ictimai münasibəti öyrənmək məqsədilə əhali arasında sorğular keçirib.    STM-d...