Fethi Sekinin oğlu Burak Tolunay Sekin “Altay” futbol klubundan “Qalatasaray”a transfer olunub.
Sfera.az İHA-ya istinadən xəbər verir ki, Burak Tolunay Sekin dəfələrlə “Qalatasaray”da oynamaq istədiyini bildirib.
Nəhayət, 18 yaşlı futbolçunun bu arzusu gerçəkləşib.
Xatırladaq ki, Burak Tolunay Sekinin atası, polis məmuru Fethi Sekin 5 yanvar 2017-ci ildə İzmir Bayraklıda ədliyyə binasına terrorçuların hücumu zamanı vəzifə borcunu yerinə yetirərkən şəhid olub.
Zarufa Məmmədova