Mbappe qərarından dönmədi - “PSJ” ilə yolları ayırır

“PSJ”in hücumçusu Kilian Mbappe Fransa klubundan ayrılmaq qərarını dəyişməyib.
Sfera.az bildirir ki, bu barədə insayder Fabrizio Romano X sosial şəbəkəsində məlumat verib.
Mənbənin sözlərinə görə, Kilianın gözlənilən gedişi ilə bağlı yekun danışıqlar yaxın aylarda futbolçu ilə PSJ rəhbərləri arasında aparılacaq.
Qeyd edək ki, daha əvvəl Mbappenin “Real Madrid”in prezidenti Florentino Pereslə danışıqlar apardığı və onun Madrid "Real"ına keçidinin mümkün olduğu xəbərləri yayılıb.
Xatırladaq ki, Mbappe 2018-ci ildən “PSJ”də çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 290 matçda iştirak edib, 243 qol vurub, 105 məhsuldar ötürmə edib.
Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub. Onun hazırkı bazar dəyəri 180 milyon avrodur.
Fatimə Lətif