Klubu “Hitler salamı” ilə qarşıladı, 3 illik cəza verildi

İdman
18:00 / 15.02.2024
8337
"Çelsi" azarkeşlərindən birinə klubun futbol matçlarına gəlmək qadağan edilib.
Sfera.az bildirir ki, bu barədə London polisinin mətbuat xidməti X sosial şəbəkəsində məlumat yayıb.
Məlumata görə, azərkeş ötən il Premyer Liqanın 11-ci turunun “Tottenhem”lə səfər oyununda kluba nasist salamı verib.
Klub azarkeşi oyunlara üç il stadionda baxa bilməyəcək. Məhkəmə həmçinin, onu cərimə ödəməyə də məcbur edib.
Qeyd edək ki, "Çelsi" hazırda İngiltərə çempionatının turnir cədvəlində 10-cu yerdədir. Komanda 24 oyunda 34 xal toplayıb. Londonlular İngiltərə Liqa Kubokunun finalında "Liverpul"la qarşılaşacaq.Oyun fevralın 25-i, bazar günü baş tutacaq.
Fatimə Lətif