Mbappedən Çempionlar Liqasında TARİXİ REKORD - FOTO

Mbappedən Çempionlar Liqasında TARİXİ REKORD - FOTO

“PSJ”nin hücumçusu Kilian Mbappe Çempionlar Liqasında unikal nailiyyətə imza atıb.


Sfera.az bildirir ki, 25 yaşlı futbolçu Çempionlar Liqasının 1/8 final mərhələsinin "Real Sosyedad"la ilk oyununda (2:0) qol vurub.


Beləliklə, Mbappe Çempionlar Liqası tarixində 10 ardıcıl ev oyununun hər birində ən azı bir qol vuran ilk oyunçu olub.


"Real Sosyedad"a vurduğu qol Kilianın Çempionlar Liqasında 44-cü qolu olub. 26 yaşadək futbolçulardan ibarət turnirdə ondan daha çox qol vuran yalnız 59 qol ilə Lionel Messi olub.


Mbappe Çempionlar Liqasının bütün zamanların ən yaxşı bombardiri reytinqində Məhəmməd Salah və Didye Droqbanın nailiyyətlərini təkrarlayıb. Hər üçü hazırda ən nüfuzlu avrokuboklarda ən çox qol vuranlar siyahısında 14-cü yeri bölüşürlər.


Mbappe “PSJ”də keçirdiyi son 10 oyunun 9-da qol vurub. Forvardın iki ayda 13 qolu var.


Xatırladaq ki, Mbappe 2017-ci ildən “PSJ”də çıxış edir. O, parislilərlə 13 kubok qazanıb. Bu mövsüm forvard bütün turnirlərdə 30 oyun keçirib, 31 qol vurub və 7 məhsuldar ötürmə edib.


Futbolçunun Fransa klubu ilə müqaviləsi bu ilin iyun ayının sonuna kimi qüvvədədir. Onun təxmini dəyəri 180 milyon avrodur.

 

Fatimə Lətif

 


 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Paris Saint-Germain (@psg)


OXŞAR XƏBƏRLƏR