"Real Madrid"in avtobusu qəzaya düşdü - FOTO

Çempionlar Liqasının 1/8 final mərhələsində "RB Leipzig"lə oyuna gedərkən "Real Madrid"in futbolçuları və məşqçi heyətini daşıyan avtobus qəzaya uğrayıb.


Sfera.az xəbər verir ki, bu barədə "El chiringuito tv" portalı məlumat yayıb.


Mənbənin sözlərinə görə, hadisə Almaniyada baş verib. Magistral yol ilə hərəkət edən avtomobilin sürücüsü "Los Blancos" klub avtobusunu görərək diqqətini yayındırıb və çəkilişlərə başlayıb, bu səbəbdən də avtomobili idarə etməkdən yayınıb. Bir neçə saniyə sonra sürücü "Real Madrid" avtobusu ilə toqquşub. Bildirilib ki, sərnişinlərdən heç biri xəsarət almayıb.

 

Xatırladaq ki, sabah fevralın 13-də Red Bull Arenada Çempionlar Liqasının 1/8 final mərhələsinin “Real Madrid” və “RB Leypsiq” komandaları arasında ilk oyun keçiriləcək. Başlanğıc fiti Bakı vaxtı ilə saat 21:45-də səslənəcək. Cavab oyunu martın 6-da Madriddə, "Santyaqo Bernabeu" stadionunda keçiriləcək.


Bundan əlavə, fevralın 13-də "Kopenhagen" - "Mançester Siti" matçı olacaq. Görüş Danimarkanın paytaxtı Parken stadionunda baş tutacaq.


İnci

 


OXŞAR XƏBƏRLƏR