Çempionlar Liqasının final matçı bu topla oynanılacaq - FOTO 

Çempionlar Liqasının final matçı bu topla oynanılacaq - FOTO 

UEFA builki UEFA Çempionlar Liqasının pley-off və final mərhələsi üçün rəsmi matç topunu təqdim edib. 


Sfera.az bildirir ki, top adidas “UCL Pro Ball London” adlanır.


Topun dizaynı ev sahibi şəhəri ulduzlar arasında döyüşən iki aslan kimi təsvir edir. Aslan İngiltərənin və paytaxtın zəngin tarixi və mədəniyyətinin simvolu olmaqla yanaşı, həm də oyunçuların cəsarətini və gücünü, Avropa klub futbolunun ən çox arzulanan kubokunun əzəmətini təmsil edir.


Qeyd edək ki, UEFA Çempionlar Liqasının 2023/2024 mövsümünün final oyunu iyunun 1-də Londonda, Uembli stadionunda keçiriləcək.

 

Fatimə Lətif


OXŞAR XƏBƏRLƏR