İlkay Gündoğandan karyerasında İLK: Bir mövsümdə...

İlkay Gündoğandan karyerasında İLK: Bir mövsümdə...

"Barselona"nın yarımmüdafiəçisi İlkay Gündoğan karyerasında ilk dəfə bir mövsümdə 10-dan çox məhsuldar ötürmə edib. 


Sfera.az bildirir ki, bu barədə “Squawka” məlumat yayıb.


Xatırladaq ki, İspaniya çempionatının 24-cü turunun “Barselona” – “Qranada” matçında İlkay Robert Levandovskiyə məhsuldar ötürmə edib.


Görüş 3:3 hesabı ilə heç-heçə başa çatıb. 33 yaşlı alman yarımmüdafiəçi ötən yaydan "Blauqrana"da (Barselona) çıxış edir. O, 2023-cü ildə "Mançester Siti"dən İspaniya klubuna keçib.


Gündoğanın "Barselona" ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir və tərəflər müqaviləni daha 12 ay uzada bilər. 


İlkayın bazar dəyəri 18 milyon avro olaraq qiymətləndirilir.

 

Fatimə Lətif


OXŞAR XƏBƏRLƏR