“Qarabağ”dan “Braqa” ilə səfər oyununa getmək istəyən azarkeşlərə müraciət

“Qarabağ”dan “Braqa” ilə səfər oyununa getmək istəyən azarkeşlərə müraciət

“Qarabağ” Avropa Liqasının pley-off mərhələsində keçiriləcək “Braqa” ilə səfər oyununda komandanı stadionda dəstəkləmək istəyən azarkeşlərinə müraciət ünvanlayıb.

 

Sfera.az xəbər verir ki, bu matçda komandanı dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış biletlər (1500 ədəd) oyun günü – fevralın 15-də yerli vaxtla 18:00-dan etibarən “Estadio Municipal de Braga” stadionunun 1-ci qapısında – A09 və A10 sektorlarının qarşısında satılacaq.

 

Biletin qiyməti 40 avrodur.

 

Bilet almağa gələrkən özünüzlə şəxsiyyəti təsdiq edən sənəd götürməyiniz tələb olunur.


OXŞAR XƏBƏRLƏR