“İtaliya klubları dopinqdən istifadə edir” - Nevill və Kindən QALMAQALLI AÇIQLAMA 

“İtaliya klubları dopinqdən istifadə edir” - Nevill və Kindən QALMAQALLI AÇIQLAMA 

“Mançester Yunayted”in keçmiş oyunçuları Qari Nevill və Roy Kin 2000-ci illərdə İtaliya komandalarının dopinqdən istifadə etdiyini iddia edib. 

 

Sfera.az bildirir ki, bu haqda “The Telegraph” məlumat yayıb.

 

Qari Nevill rəqib komandaların bir neçəsində dopinq istifadəsindən şübhələndiyini söyləyib:

 

“2000-ci illərin ortalarında məndən başqa bir neçə oyunçu da eyni şeyi düşünürdü”.

 

Qeyd edək ki, 1990-cı illərdə A Seriyasının klubları Avropada qalib idi. Onlar həmin onillikdə keçirilən on Çempionlar Liqasının səkkizində var idilər.

 

Dopinq iddiaları Nevil və Kinin “Yunayted”in oyunçusu olduqları vaxta qədərki illər ərzindəki bütün İtaliya klublarını şübhə altında qoyub.

 

Fatimə Lətif


OXŞAR XƏBƏRLƏR