“Milan”ın yeni baş məşqçisi O OLACAQ - FOTO

“Milan”ın yeni baş məşqçisi O OLACAQ - FOTO

İtaliyanın “Milan” klubu baş məşqçi postu üçün “Sevilya” və “Vulverhempton” klublarının sabiq baş məşqçisi Xulen Lopeteqini nəzərdən keçirir.

 

Sfera.az bildirir ki, bu haqda “Relevo” məlumat yayıb.


 
Məlumata görə, ispaniyalı məşqçi hazırda ən uğurlu namizəd hesab olunur. 

 

Xatırladaq ki, Xulen Lopeteqi 2023-cü ilin avqustunda “Vulverhempton”dan ayrılarkən klub rəhbərliyi ilə mübahisə yaşayıb. 

 

Bundan əvvəl o, "Real Madrid", "Rayo Valyekano", İspaniya millisi və "Porto"da da çalışıb. Məşqçi kimi Xulen 2019-2020 mövsümündə Avropa Liqasının qalibi olub - həmin vaxt ispaniyalı "Sevilya"nın məşqçisi idi.

 

Milan isə bu mövsüm A Seriyasında 23 turdan sonra 49 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. 

 

“Rossoneri” son kampaniyanı dördüncü yerdə başa vuraraq Çempionlar Liqasına vəsiqə qazanıb.

 

Fatimə Lətif


OXŞAR XƏBƏRLƏR