Ronaldodan Messinin adını səsləndirən azarkeşlərə SƏRT REAKSİYA

Ronaldodan Messinin adını səsləndirən azarkeşlərə SƏRT REAKSİYA

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo “Əl-Hilal” azarkeşlərinin mövsümün Ər- Riyad kuboku uğrunda yoldaşlıq oyununda Lionel Messinin adını səsləndirməsinə reaksiya verib.

 

Sfera.az xəbər verir ki, oyun fevralın 8-də Səudiyyə Ərəbistanının paytaxtında keçirilib və 2:0 hesabı ilə “Əl-Hilal”ın xeyrinə başa çatıb. Bu komandanın azarkeşləri hər dəfə portuqaliyalının topa toxunduğu zaman Lionel Messinin adını səsləndiriblər. Ronaldo azarkeşlərin bu davranışına emosional reaksiya verib. O, əlini qulağına qoyub və bir anda tribunalara “Budur, Messi yox, mən varam” sözləri ilə müraciət edib.

 

Bu, Ronaldonun zədədən sonra ilk oyunudur. O, meydana start heyətində daxil olub, bütün oyunu meydanda keçirib və 54-cü dəqiqədə sarı vərəqə alıb.

 

Qeyd edək ki, bundan əvvəl "Əl-Nəsr" klubunun hücumçusu Kriştiano Ronaldo mövsümun Ər-Riyad Kuboku uğrunda yoldaşlıq oyununda uduzduqdan sonra "Əl-Hilal"ın simvollarına hörmətsizlik edib. Belə ki, oyundan sonra tribunaya gedərkən 39 yaşlı portuqaliyalı rəqibinin ona atılan şərflərindən birini götürərək şortunun içinə doldurub və özünü silərək atıb.


Xatırladaq ki, bu mövsüm Ronaldo bütün turnirlərdə 26 komanda matçında iştirak edib, 24 qol vurub və 11 məhsuldar ötürmə edib.

 

Ronaldo beşqat “Qızıl top”un sahibidir. Karyerası ərzində əsasən o, "Real Madrid"də oynayıb, klub tarixinin bombardiri olub, həmçinin "Mançester Yunayted", "Yuventus" və "Sportinq Lissabon" kimi klublarda çıxış edib.

 


İnci


OXŞAR XƏBƏRLƏR

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xariic İşlər Nazirliyindən...

Prezident və birinci xanım "Can Qarabağ" oxudular - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Ağdam Muğam Mərkəzinin açılışından görüntülər paylaşılıb.   Sfera.az xəbər verir...

Kür çayı məcrasından çıxdı: sakinlər çətin vəziyyətə düşdülər -VİDEO

Son günlər yağan aramsız yağışlar nəticəsində Kür çayının Sabirabad rayonundan keçən hissəsində suyun səviyyəsində ciddi artım müşahidə olunub.   Sfe...

Həmyerlimiz ABŞ-də yüksək vəzifə aldı - FOTOLAR

Həmyerlimiz ABŞ-də yüksək vəzifəyə təyin olunub.    Sfera.az məlumatına görə, Lerik rayonunun Gendov kəndindən olan Zaur Cəlilov Telman oğl...

Xalqımızın böyüklüyü məhz bundadır - İlham Əliyev

Bütün cəmiyyət bir amal uğrunda birləşəndə o cəmiyyət böyük işlərə qadirdir. Heç bir qüvvə xalq qarşısında dura bilməz. Xalqımızın böyüklüyü məhz bundadır. &...

Elnarə buna görə toylara getmir

“Dənizdə damla olmağı sevməmişəm. Heç kimin etmədiyini etmişəm. Fərqlənməyi sevirəm”.   Sfera.az xəbır verir ki, bu sözləri müğənni Elnar...