Martines "İnter"dən 10 milyon avro TƏLƏB ETDİ - Yollar ayrılır?

Martines 

"İnter"lə hücumçusu Lautaro Martines arasında maaşın məbləği ilə bağlı mübahisə yaşanıb. 

 

Sfera.az bildirir ki, bu barədə “Football Italia” məlumat yayıb.

 

Məlumata görə, argentinalı forvard “İnter”də yeni mövsümdə 10 milyon avro maaş istəyir, klub isə ona 8 milyon avro ödəməyə hazırdır.

 

Qeyd edilir ki, mübahisəyə baxmayaraq, tərəflər yaxın vaxtlarda əmək müqaviləsinin bağlanacağına əmindirlər. Milan klubunun nümayəndələri ilə futbolçunun agentləri arasında danışıqlar yaxın həftələrdə davam edəcək.

 

Xatırladaq ki, Martines 2018-ci ildən "İnter"də çıxış edir. Bu mövsüm argentinalı klub heyətində bütün rəsmi turnirlərdə 28 oyun keçirib, 21 qol vurub və 5 məhsuldar ötürmə edib. Futbolçunun Milan klubu ilə hazırkı müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədərdir. Onun təxmini bazar dəyəri 110 milyon avrodur.

 

Fatimə Lətif


OXŞAR XƏBƏRLƏR