"Topuğundan güclü zərbə alıb, lakin matçı..." - Enrike Mbappedən danışdı

"Topuğundan güclü zərbə alıb, lakin matçı..." - Enrike Mbappedən danışdı
Kateqoriya məlum deyil
T

“PSJ”nin baş məşqçisi Luis Enrike komandanın hücumçusu Kilian Mbappenin aldığı zədədən danışıb. 

 

Sfera.az-ın məlumatına görə, baş məşqçi bildirib ki, Mbappe topuğundan güclü zərbə alıb, bununla belə, o, matçı sona qədər davam etdirə bilib.

 

Mbappe “PSJ”nin heyətində bütün turnirlərdə 29 oyun keçirib, 30 qol vurub və 7 məhsuldar ötürmə edib. Futbolçunun Fransa klubu ilə müqaviləsi bu ilin iyun ayının sonuna kimi qüvvədədir. Onun təxmini bazar dəyəri isə 180 milyon avrodur.

 

Xatırladaq ki, Mbappe Fransa kubokunun 1/8 finalında "Brest"lə (3:1) keçirilən oyunda zədələnib.

 

Fatimə Lətif

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR