\"Borussiya\" yolunu ayırdı, “Trabzonspor” heyətinə qatdı

\

"Borussiya" Türkiyənin "Trabzonspor" klubuna keçən müdafiəçi Tomas Munierlə yolları birdəfəlik ayırdığını açıqlayıb.

 

Sfera.az bildirir ki, daha əvvəl onun Almaniya klubu ilə müqaviləsini pozaraq azad agent kimi “Trabzonspor”a keçəcəyi barədə məlumat yayılmışdı. 

 

Qeyd olunur ki, Dortmund klubu Munierin maaşını mövsümün sonuna qədər ödəyəcək.

 

Xatırladaq ki, cari mövsümdə belçikalı bütün turnirlərdə yalnız doqquz matçda çıxış edib, burada heç bir qol vurmayıb. Onun hazırki bazar dəyəri 2,5 milyon avrodur.

 

"Trabzonspor" isə Türkiyə Superliqasının 2023/2024 mövsümündə keçirdiyi 24 görüşün nəticəsində 37 xal toplayaraq 4-cü pillədə qərarlaşıb.

 

Fatimə Lətif


OXŞAR XƏBƏRLƏR