Məşhur futbolçunun ad günündən FOTO

Məşhur futbolçunun ad günündən FOTO

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo sosial şəbəkədə ad günü qeyd etməsindən foto yayımlayıb.

 

“39 yaşımı ailəmlə birlikdə ən yaxşı şəkildə keçirmək və məşqlərə qayıtmaq fürsətinə görə minnətdaram. İsti mesajlara görə hər kəsə təşəkkür edirəm!” – Sfera.az Lent.az-a istinadla bildirir ki, Ronaldo yazıb.

 

Səudiyyə Ərəbistanı Pro-Liqasının bu mövsümündə 38 yaşlı Kriştianu Ronaldo 18 oyun keçirib, 20 qol vurub və 9 məhsuldar ötürmə edib. Onun həmçinin Ərəb Çempionlar Klublar Kubokunda üç oyunu və dörd qolu var. Bundan əlavə, o, AFC Çempionlar Liqasının dörd oyununda üç qol vurub. Ümumilikdə Ronaldo 2023-cü ildə 54 qol vuraraq dünyanın ən yaxşı bombardiri olub. 

 

Portuqaliyalı hücumçu Yaxın Şərqdə 2023-cü ilin ən yaxşı oyunçusu kimi Globe Soccer Awards mükafatını qazanıb. Xatırladaq ki, Ronaldo 2022-ci ilin sonunda “Əl-Nəsr”ə keçib.


OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...