\"Barselona\" Kanselo ilə bağlı QƏRAR VERDİ

\

"Barselona" "Mançester Siti"dən icarəyə götürdüyü müdafiəçi Joao Kanselonu daim əsas heyətdə saxlamağı planlaşdırır. 

 

Sfera.az bildirir ki, klublar arasındakı icarə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna kimidir.

 

Məlumata görə, portuqaliyalı müdafiəçi “Barselona”da qalmaq və oynamağa davam etmək istəyir.

 

Qeyd edək ki, 29 yaşlı Joao Kanselo bu mövsüm "Barselona"da 19 oyun keçirib. O, iki qol vurub və iki məhsuldar ötürmə edib. Onun Çempionlar Liqasında altı oyunda bir qol və bir məhsuldar ötürməsi var. "Barselona" isə La Liqada 23 oyundan sonra 50 xalla üçüncüdür.

 

Fatimə Lətif


OXŞAR XƏBƏRLƏR