Neymar həmin gün AĞLAYIB: "Bu, heyrətamiz idi"

Neymar həmin gün AĞLAYIB:

"Əl-Hilal" klubu və Braziliya millisinin hücumçusu Neymar doğum günü ilə bağlı paylaşım edib.

 

Sfera.az bildirir ki, fevralın 5-də onun 32 yaşı tamam olub. 

 

Futbolçu həmin gün ağladığını qeyd edib:

 

“11 ildən sonra ad günümü ailəm və dostlarımın yanında qeyd etmək heyrətamiz idi”.

 

Qeyd edək ki, Neymar peşəkar karyerasına Braziliyanın Santos klubunda başlayıb, 2009-cu ilin martında əsas komandada debüt edib. 


2013-cü ildə hücumçu Barselonaya keçib və burada iki dəfə İspaniya çempionu olub. O, ölkə kubokunu, Superkuboku, Çempionlar Liqasını və Klublararası Dünya Kubokunu qazanıb. 2017-ci ildə Neymar Fransanın "Paris Saint-Germain" klubunun dəvətinə müsbət cavab verib və altı il bu klubda çıxış edib. Neymar ötən yay Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubuna keçib.

 

Fatimə Lətif


OXŞAR XƏBƏRLƏR