Razılıq əldə olundu: Mbappe "Real"a keçir 

Razılıq əldə olundu: Mbappe

PSJ-nin hücumçusu Kilian Mbappe ilə klubun prezidenti Nasser Al-Xelaifi arasında ötən ilin avqustunda razılıq əldə olunub.

 

Sfera.az xəbər verir ki, razılığa əsasən, Mbappenin PSJ-də qalacağı gözlənilirdi.

 

Son yayılan məlumatlara görə, Mbappe artıq Madrid "Real"ı ilə razılığa gəlib. Hətta o, Madriddə harada yaşayacağına da qərar verib. Bu razılıqdan isə Al-Xelaifnin xəbəri yoxdur.

 

Qeyd edək ki, 24 yaşlı hücumçu bu mövsüm PSJ-nin heyətində 28 oyun keçirib, 29 qol vurub və 7 məhsuldar ötürmə edib. Mbappenin bazar dəyəri hazırda 180 milyon avro olaraq qiymətləndirilir.

 

Fatimə Lətif


OXŞAR XƏBƏRLƏR