“Barça”nın təklifini rədd edən Berqvall: “Bu, düzgün addım idi”

“Barça”nın təklifini rədd edən Berqvall: “Bu, düzgün addım idi”

“Tottenhem”in yeni transferi yarımmüdafiəçi Lukas Berqvall "Barselona"dan necə imtina etdiyindən danışıb. 

 

Sfera.az bildirir ki, futbolçu “Barselona”ya “yox” deməyin çətin olduğunu açıqlayıb:

 

“Bu seçim mənə çətin gəlsə də, fikrimcə düzgün addımdır. Şanslar 50/50 idi, amma sonda başa düşdüm ki, Tottenhem karyeramda düzgün addım olacaq”

 

Futbolçunun ingilis klubu ilə müqaviləsi 2029-cu ilə qədərdir. Berqvallın 2024-cü il iyulun 1-də “Tottenhem”ə keçəcəyi vurğulanır. Keçən mövsüm o bütün yarışlarda 28 matçda iştirak edib. Futbolçu üç qol vurub və bir məhsuldar ötürmə edib.


Berqvallın hazırki bazar dəyəri 5 milyon avrodur.

 

Fatimə Lətif


OXŞAR XƏBƏRLƏR