Linqard Cənubi Koreya yolunda: 2 illik müqavilə imzalayacaq

Linqard Cənubi Koreya yolunda: 2 illik müqavilə imzalayacaq

“Mançester Yunayted”in sabiq yarımmüdafiəçisi Cessi Linqard Cənubi Koreyanın “Seul” klubu ilə müqavilə imzalayır. 

 

Sfera.az bildirir ki, fevralın 4-də futbolçu transferdən əvvəl tibbi müayinənin ilk hissəsindən keçib. Onda heç bir fəsad aşkarlanmasa, futbolçu Koreya klubu ilə iki illik müqavilə imzalayacaq. 

 

Xatırladaq ki, əvvəllər Cessiyə Türkiyə və Səudiyyə Ərəbistanından təkliflər gəldiyi bildirilib.

 

Linqard ötən mövsüm "Nottingem Forest"də çıxış edib. 2022/2023 mövsümündə yarımmüdafiəçi 20 oyun keçirib, iki qol vurub və iki məhsuldar ötürmə edib. Bundan sonra o, azad agent kimi komandadan ayrılıb.

 

Fatimə Lətif


OXŞAR XƏBƏRLƏR