""Arsenal" matçında şans bizdən yana deyildi" - Klopp

"Liverpul"un baş məşqçisi Yurgen Klopp bu mövsümün çempionluq yarışından danışıb. 

 

Sfera.az bildirir ki, mersisaydlılar bir gün öncə Premyer Liqanın 23-cü turunun matçında “Arsenal”a 1:3 hesabı ilə uduzublar. Lakin klub 51 xalla turnir cədvəlinin birinci pilləsində qala bilib.

 

Baş məşqçi bildirib ki, “Arsenal”ı məğlub etmək istəsələr də oyunda şans onlardan yana olmayıb.

 

Qeyd edək ki, Premyer Liqanın növbəti oyununda “Liverpul” “Bernli” ilə qarşılaşacaq. Oyun fevralın 10-da baş tutacaq.

 

Fatimə Lətif


OXŞAR XƏBƏRLƏR