“Sabah”da BÖYÜK AYRILIQ - Baş məşqçi istefa verdi

“Sabah”da BÖYÜK AYRILIQ - Baş məşqçi istefa verdi

“Sabah"ın baş məşqçisi Murad Musayev klubdan ayrılacaq.

 

Sfera.az bildirir ki, rusiyalı mütəxəssis bunun öz istəyi olduğunu nəzərə çatdırıb. Onun tələbi müsbət qarşılanıb. Baş məşqçinin rəhbərlik edəcəyi növbəti klub hələ məlum deyil.

 

Qeyd edək ki, Murad Musayev 2021-ci ilin noyabrından "Sabah"ı çalışdırır. Klub onun rəhbərliyi altında 87 oyun keçirib, 48 qələbə qazanıb.

 

Fatimə Lətif


OXŞAR XƏBƏRLƏR