“Liverpul hər şeyə sıfırdan başlamalı olacaq” - ŞƏRH

“Liverpul hər şeyə sıfırdan başlamalı olacaq” -<span style=\"color: #ff0000;\"> ŞƏRH</span>
Kateqoriya məlum deyil31.01.24, 08:185176 👁️
T

“Liverpul”un keçmiş icraçı direktoru Piter Mur, Yurgen Kloppun klubdan gedişinə münasibət bildirib.

 

Sfera.az bildirir ki, o, klubun hərşeyə yenidən başlamaq məcburiyyətində qalacağını söyləyib:

 

"Komandaya yeni idman direktoru lazımdır. Söhbət təkcə baş məşqçidən getmir. Mersisaydlı azarkeşlər menecerləri əfsanəyə çevirirlər. Onlar bizim üçün qələbə və məğlubiyyətlərdən daha çox şey deməkdir”.

 

Xatırladaq ki, yanvarın 26-da Yurgen Klopp bu mövsümün sonunda "Liverpul"u tərk edəcəyini açıqlayıb. Alman mütəxəssis açıqlamasında artıq komandanı çalışdırmağa enerjisinin olmadığını bildirib. 56 yaşlı Klopp 2015-ci il oktyabrın 8-dən İngiltərənin "Liverpul" klubunu çalışdırıb. Bu müddət ərzində o, "qırmızılar"la 7 kubok qazanıb. Kloppun rəhbərliyi altında "Liverpul" Çempionlar Liqası, Premyer Liqa, Liqa Kuboku, İngiltərə Kuboku, UEFA Super Kuboku və Klublararası Dünya Çempionatının qalibi olub.

 

Fatimə Lətif

PAYLAŞ
Sehliyali
Yüklənir...