İsmail Kartal ingilis futbolçunu "Fənərbağça"dan göndərir - FOTO

İsmail Kartal ingilis futbolçunu "Fənərbağça"dan göndərir - FOTO
Kateqoriya məlum deyil
T

Bu mövsüm yaşıl meydanda fırtınalar qoparan “Fənərbağça”da gözlər klubdan göndəriləcək adlara çevrilib.


Sfera.az bildirir ki, belə futbolçulardan biri Rayan Kentdir.


"Sarı-lacivərd"lilər ingilis futbolçunu mövsümün əvvəlində heyətinə qatıb. Lakin Kent klubun baş məşqçisi İsmail Kartalın etimadını doğrulda bilməyib.


27 yaşlı futbolçu mövsümün qalan hissəsini Xorvatiyada, "Dinamo Zaqreb"də keçirəcək.


Qeyd edək ki, cinah oyunçusu bu mövsüm "Fənərbağça"nın heyətində 15 matçda forma geyinib. Kent 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

 

Fatimə Lətif

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR