Emin Əfəndidən “Neftçi”nin himn məsələsinə REAKSİYA

Emin Əfəndidən “Neftçi”nin himn məsələsinə REAKSİYA

“Neftçi”nin Mətbuat Xidməti Xalq artisti Miri Yusifin klub üçün səsləndirdiyi himnin bəyənilməməsi iddiası ilə bağlı daha bir açıqlama verib.

 

Sfera.az xəbər verir ki, xidmətin rəhbəri Emin Əfəndi Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, mahnı il yarım əvvəl sifariş olunub:

 

“Həmin vaxt mən prodüser kimi çalışırdım və “Neftçi”dən gələn sifarişi qəbul etdik. Orada himnin bəyənilib-bəyənilməməsi söhbəti yoxdur. Hələlik himn ortalığa çıxmayıb. Yəni, bu məsələ mənim hazırda klubda mətbuat xidməti rəhbəri kimi işləməyimlə əlaqəli deyil”.

 

E.Əfəndi bildirib ki, “Neftçi”nin Miri Yusifə yeni himn üçün 21 min 480 manat ödədiyi barədə məlumat səhvdir:

 

“Orada sözləri yazan, aranjimançı və digər şəxslərin də ödənişi var axı. Bizə çatan məbləğ mətbuatda səsləndiriləndən iki-üç dəfə az idi”.


OXŞAR XƏBƏRLƏR

Bakı metrosunda qatarın tavan hissəsindən su axması müşahidə edildi

Bu gün "Bakı Metropoliteni" QSC-də qatarlardan birinin sərnişin salonunun tavan hissəsindən su axması qeydə alınıb.   Sfera.az səhmdar cəmi...

"ABŞ Rusiyaya tərəfdaşlıq təklif edəcək, lakin..." - Drize

“Birləşmiş Ştatlar Rusiyaya tərəfdaşlıq təklif edəcək, lakin yalnız birtərəfli qaydada — Amerika lider olmalıdır”.   Sfera.az bildi...

Nigeriyada yataqxanada yanğın baş verdi - 17 nəfər öldü

Nigeriyada məktəb yataqxanasında yanğın baş verib, nəticədə 17 nəfər həlak olub. Sfera.az xəbər verir ki, bu barədə yerli “Guardian Nigeria” nəşr...

“Birbank Miles Dark Kartı ilə üfüqləri genişləndirin!”: İndi səyahət daha rahat və sərfəlidir

"Birbank Private" müştərilərinə eksklüziv xidmətlər, unikal imtiyazlar təklif etməyə davam edir. Belə ki, Birbank Private, "PAŞA Travel" və ...

Prezident bu naziri vəzifəsindən azad etdi - SƏRƏNCAM

Muxtar Bahadur oğlu Babayev Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib.   Sfera.az xəbər verir ki, ...

“Yaxın Şərq Rivierası”... - Trampın Qəzza ilə bağlı planı mediaya SIZDI

Trampın Qəzza zolağına tam nəzarət, o cümlədən milyonlarla fələstinlinin qonşu ölkələrə məcburi köçürülməsi istiqamətində açıqlamaları dünya mediasında səs-küy ...